Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Çelsi”nin oyunçusu 4 il müddətinə futboldan kənarlaşdırılıb –

User 29 Aprel 2026 - 21:42 (Last updated: 29 Aprel 2026 - 21:14)
Futbol

Futbol

İngiltərə Futbol Assosiasiyası (FA) “Çelsi”nin futbolçusu Mixaylo Mudriki antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan kənarlaşdırıb.

Bu müddət oxşar qayda pozuntularına görə nəzərdə tutulan maksimum cəzadır.

Ukraynalı vinger bu sərt qərarla razı deyil və artıq qərardan şikayət vermə prosesinə başlayıb. Məlumata əsasən, Mudrik Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya sənədləri təqdim edib.

CAS nümayəndələri artıq 25 yaşlı oyunçunun FA-nın qərarından şikayət etdiyini təsdiqləyiblər. Məhkəmənin rəsmi açıqlamasında qeyd olunub ki, Mudrik ona verilən 4 illik diskvalifikasiya müddətindən apellyasiya şikayəti verib. Hazırda tərəflər yazılı bəyanatlarla mübadilə aparırlar. Dinləmənin tarixi hələ müəyyənləşdirilməyib.

Futbolçunun müqavilə ilə məxsus olduğu “Çelsi” isə bu vəziyyətlə bağlı hər hansı rəsmi şərh verməkdən imtina edib. London klubu Lozannada hüquqi prosesin inkişafını gözləyir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Mudrikin dopinq qəbul etdiyi müəyyən olunub. Onun orqanizmində qadağan olunmuş meldonium maddəsi aşkarlanıb. Ukrayna millisinin üzvü futboldan uzaqlaşdırılana qədər “Çelsi” forması ilə 73 oyunda iştirak edib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

AzPost.az

Post navigation

Previous: “Barışığa xidmət edən addımlar atmırsınız” –
Next: Xəzərdə balıq ovu bu tarixdən qadağan olunur

Oxşar xəbərlər

fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58
aston
  • İdman

“Aston Villa” “Fənərbaxça”nı 6:0 məğlub edib –

User 15 Oktyabr 2026 - 07:54
sabah
  • İdman

“Sabah” “Slaviya”nı məğlub etdi –

User 13 Oktyabr 2026 - 22:49

xƏBƏR

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha 2 ay uzadıb. Qərarı...
Read more about Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.