Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Cenevrədə tarixi görüş-

User 21 İyun 2026 - 12:22 (Last updated: 21 İyun 2026 - 09:11)
iran nümayenderli abs danısıqlar zamanı pakistan

Yaxın Şərqdə gərginliyi azaltmaq və tərəflər arasında hərbi qarşıdurmaya son qoymaq məqsədilə bu gün, iyunun 21-də İsveçrənin Bürgenstok kurortunda (Cenevrə yaxınlığında) ABŞ və İran heyətləri arasında yüksək səviyyəli danışıqlar start götürür.

Azpost.info bildirir ki, İyunun 19-na planlaşdırılan, lakin Livan cəbhəsində hərbi eskalasiya səbəbindən son anda təxirə salınan bu görüş, nəhayət ki, vasitəçilərin (Pakistan və Qətər) ciddi səyləri nəticəsində reallaşır.

ABŞ tərəfdən nümayəndə heyətinə vitse-prezident Cey Di Vens, İran tərəfdən isə parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Araqçi rəhbərlik edir. Müzakirələrdə vasitəçi qismində Pakistanın Baş naziri Şahbaz Şərif və ordunun komandanı Asim Munir də fəal iştirak edirlər.

Bəs bu tarixi danışıqlardan hansı nəticələr gözlənilir?

ABŞ-ın danışıqlar masasında İrandan əsas tələb raket proqramının məhdudlaşdırılması, nüvə materialının nəzarətin təmin edilməsidir. Vaşinqton bunun üçün təzyiq rıçağı kimi sanksiyaların ləğvi, dondurulmuş 10 milyardlarla dollar aktivlərin açılmasını təqdim edir. Qeyd etmək lazımdır ki, ABŞ daxilində sülh sazişinə qarşı olan radikal konqresmenlərin təzyiqi də var.

İranın əsas tələbi neft ixracına tam icazə, sanksiyasız ticarət, daxili nüvə statusudur. Tehran masada təzqyiq rıçağı olaraq Hörmüz boğazının bağlanması hədəsi və regional proksi qüvvələrdən  (Hizbullah, Husilər) istifadə edir. İran Hörmüz boğazını müvəqqəti bağladığını elan edərək masada güc nümayiş etdirir.

ABŞ vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında Vaşinqtonun fokuslanacağı iki əsas prioriteti bəyan edib. Ekspertlər də hesab edir ki, bu 60 günlük müvəqqəti “İslamabad Memorandumu” çərçivəsində əsas döyüş xətti bu məsələlər üzərindən qurulacaq:

Nüvə Proqramı üzrə Yeni Çərçivə sazişi: ABŞ 2015-ci il nüvə sazişindən (JCPOA) daha sərt və İranın uzaqmənzilli raket proqramını da məhdudlaşdıran yeni bir sənəd əldə etmək istəyir. İran isə uranın zənginləşdirilməsini ölkə daxilində saxlamaqla yanaşı, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yoxlamalarına icazə verməyə hazırdır.

Livanda atəşkəs və regionalsSabitlik: Görüşün taleyi həm də Livan cəbhəsindəki (İsrail-Hizbullah) real atəşkəsdən asılıdır. İran iddia edir ki, ABŞ İsraili tam atəşkəsə məcbur etməlidir, əks halda razılaşma pozula bilər.

Görüşdən hansı nəticələri gözləmək olar?

Siyasi şərhçilər Cenevrə danışıqlarının gedişatı ilə bağlı üç mümkün ssenarini önə çıxarırlar:

İnamlı irəliləyiş: Tərəflər 60 günlük müddəti uzatmaq şərtilə iqtisadi mövzularda (İran neftinin sərbəst satışı və aktivlərin geri qaytarılması) kompromisə gedirlər. İran uranın “aşağı səviyyəli zənginləşdirilməsi”nə razı olur və beynəlxalq monitorinqi qəbul edir. Bu, qlobal bazarda neftin qiymətini aşağı salacaq.

İsrail faktoru və razılaşmanın pozulması (Yüksək risk): Sülh danışıqlarından kənarda qalan İsrail Livanda Hizbullaha qarşı əməliyyatları dayandırmasa, İran “İslamabad Memorandumu”ndan çıxdığını elan edə bilər. Hürmüz boğazının tam qapanması isə dünyada yeni enerji böhranına yol açar.

“Kiçik Saziş” (Müvəqqəti həll): Böyük bir saziş imzalanmır, lakin humanitar məsələlər, dondurulmuş vəsaitlərin bir qisminin sərbəst buraxılması və eskalasiyanın qarşısını almaq üçün daimi bir “qırmızı xətt” əlaqəsi yaradılır.

Ekspertlər qeyd edirlər ki, İranın ali lideri Müctəba Xameneinin “ABŞ çox tələbkar olsa, qəbul etməyəcəyik” xəbərdarlığı danışıqların olduqca gərgin keçəcəyindən xəbər verir. Lakin tərəflərin hər ikisinin müharibə yorğunluğu və iqtisadi xərclər onları kompromisə məcbur edən ən böyük faktordur.

Aydın Əliyev

AzPost.az

Post navigation

Previous: Şakira yeni dünya turunun rekordunu qırdı
Next: Alimlərdən yeni araşdırma –

Oxşar xəbərlər

putin rezayi0
  • Dünya

Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

User 05 Noyabr 2026 - 18:48
raket rus
  • Dünya

Rusiya İrana Ukrayna müharibəsində istifadə etdiyi silahı satır – 90 qurğu sifariş edilib

User 05 Noyabr 2026 - 16:42
tramp
  • Dünya

Ağ Evdən Trampın rəqiblərinə sərt mesaj – “Bütün planları iflasa uğrayacaq”

User 05 Noyabr 2026 - 10:13

xƏBƏR

Telefon
  • Sosial

Telefonlarda ödəniş qaydası dəyişir – Hər alışda barmaq izi tələb olunacaq

User 05 Noyabr 2026 - 18:56
Google Android istifadəçiləri üçün yeni bir tələbi sınaqdan keçirir. Bu yenilik mağazalarda təmassız ödənişin indiyədək alışdığımız qaydasını...
Read more about Telefonlarda ödəniş qaydası dəyişir – Hər alışda barmaq izi tələb olunacaq
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb putin rezayi0
  • Dünya

Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

User 05 Noyabr 2026 - 18:48
İstilik dalğaları 6 ay davam edə bilər – Alimlərdən qorxulu iqlim proqnozu isti hava
  • Maraqlı

İstilik dalğaları 6 ay davam edə bilər – Alimlərdən qorxulu iqlim proqnozu

User 05 Noyabr 2026 - 18:25
Qaraciyərin zədələndiyini göstərən 10 əlamət – Bu simptomları görməzdən gəlməyin qaraciyer
  • Sosial

Qaraciyərin zədələndiyini göstərən 10 əlamət – Bu simptomları görməzdən gəlməyin

User 05 Noyabr 2026 - 18:14
Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL tramp qas
  • Baş Yazı

Tramp İran müharibəsinə görə seçkiləri uduzdu – İndi hansı addımı atacaq? / TƏHLİL

User 05 Noyabr 2026 - 17:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.