Çexiya gələn ildən Rusiyadan neft almağı dayandıracaq

Çexiya 2025-ci ilin iyul ayından etibarən Rusiyadan neft almağı dayandırmaq niyyətindədir.

Azpost.info bildirir ki, bu barədə Reuters agentliyi MERO dövlət neft şirkətinin nümayəndəsi Zdenek Dundraya istinadən məlumat yayıb.

“Çexiya gələn ilin ikinci rübündə Qərb ölkələrindən neft tədarükünü artırmağa başlayacağını və iyul ayından etibarən Rusiya neftini almağı tamamilə dayandıracağını gözləyir”-deyə o bildirib.

Dundranın qeyd etdiyi kimi, TAL neft kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə işlər başa çatdıqdan sonra Rusiya neftinin alınmasının tam dayandırılması təşkil olunacaq.

Hazırda Çexiyada istehlak edilən neftin ümumi həcminin təxminən yarısı respublika ərazisinə Rusiyadan gəlir.

Əvvəlki məqalə

Müdafiə naziri hərbi komandanlığı topladı –

Sonrakı məqalə

Azərbaycanda minik avtomobili istehsalı 87 faiz artıb