Ceyhun Bayramov Əlimərdan bəy Topçubaşovun nəvəsinin məzarını ziyarət edib

-FOTO
13 Noyabr 2021 - 20:22

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin məzarını ziyarət edib.

Bu barədə Azərbaycan XİN rəhbəri “Twitter”də bildirib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük”, – C. Bayramov qeyd edib.