Ceyhun Bayramov Əlimərdan bəy Topçubaşovun nəvəsinin məzarını ziyarət edib-FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin məzarını ziyarət edib.

Bu barədə Azərbaycan XİN rəhbəri “Twitter”də bildirib.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük”, – C. Bayramov qeyd edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir