Ceyhun Bayramov Belarusa səfərə gedib

Aprelin 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun aprelin 12-də Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

NASA-nın Ayda çəkdiyi qeyri-adi obyekt nədir?