NASA-nın Ayda çəkdiyi qeyri-adi obyekt nədir?-FOTO

NASA-nın “Lunar Orbiter LRO” aparatı Ayın yanından uçan sörfinq taxtasına bənzər qeyri-adi obyekt aşkar edib.

Azpost.info bildirir ki, NASA nümayəndələrinin araşdırmasından sonra məlum olub ki, bu nə uçan naməlum obyekt (UNO) nə də yadplanetli gəmidir.  “LRO” Cənubi Koreyanın “Danuri” orbital aparatının Ayı dövrə vurarkən uçuşunu qeydə alıb.

Hər iki kosmik gəmi təxminən paralel orbitlərdə olduğu üçün NASA-nın kosmik uçuş Mərkəzindəki LRO işçi qrupu martın 5-dən 6-a keçən gecə bu maraqlı hadisənin şəkillərini çəkə bilib.

LRO kameranın çox qısa çəkmə vaxtı təxminən 0,338 millisaniyədir. Bu da hadisələri çəkməyi çətinləşdirir. Bununla belə, 2022-ci ilin dekabrında Ay orbitinə çıxan ilk Koreya kosmik gəmisi Danurinin şəklini çəkmək mümkün olub.

Təxminən 11.500 km/saat olan sürət fərqinə görə, obyektin son görüntüsü ölçüsündən 10 dəfə bulanıq görünür. Bu da obyektin sörfi taxtasına bənzəməsinə səbəb olur. Əslində, “Danuri” yanlarında iki günəş paneli olan kub şəklində bir kosmik gəmidir.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov Belarusa səfərə gedib

Sonrakı məqalə

ABŞ İsraillə bağlı İrandan xahiş edib –