Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib

User 26 Sentyabr 2026 - 09:00 (Last updated: 26 Sentyabr 2026 - 10:43)
ceyhun bmt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramov beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə və daxili işlərə qarışmamaq prinsipinə ciddi riayətə əsaslanan yenilənmiş və islah edilmiş çoxtərəfli sistemin əhəmiyyətini vurğulayıb. Nazir inkişaf etməkdə olan ölkələrin ədalətli təmsilçiliyinin təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına təcili ehtiyac olduğunu bildirib.

XİN rəhbəri Vaşinqton Sülh Sammitindən sonra Azərbaycan və Ermənistan arasında de-fakto sülhün əldə olunduğunu qeyd edib. Onun sözlərinə görə, sülh gündəliyi artıq konkret iqtisadi nəticələr verir. Bunlara tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılması və müəyyən sahələrdə ikitərəfli ticarətin başlanması daxildir. Nazir Sülh Sazişinin imzalanması üçün qalan maneələrin aradan qaldırılmasının vacibliyini də diqqətə çatdırıb.

Bayramov münaqişədən sonrakı bərpa və yenidənqurma işləri nəticəsində 90 mindən çox Azərbaycan vətəndaşının azad edilmiş ərazilərə qayıtdığını bildirib.

Nazir mina təhlükəsinin davam etdiyini vurğulayaraq, 2020-ci ildən bəri 400-dən çox, son 30 ildə isə ümumilikdə 3 500 nəfərin mina qurbanı olduğunu qeyd edib. O, humanitar minatəmizləmənin Azərbaycanın 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi rəsmən qəbul edildiyini bildirib.

Ceyhun Bayramov münaqişədən sonrakı barışıq və məsuliyyət prosesinin irəlilədilməsi üçün itkin düşmüş 4 minə yaxın şəxsin taleyinin müəyyənləşdirilməsinə beynəlxalq dəstək göstərilməsinə çağırıb.

XİN rəhbəri Azərbaycanın regional bağlantıların inkişafındakı rolundan da danışıb. Bildirib ki, Bakı Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb.

Nazir Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantının yaradılması üçün “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Transxəzər Rəqəmsal İpək Yolu fiber-optik şəbəkəsi vasitəsilə regional rəqəmsal bağlantıların genişləndirilməsi istiqamətində görülən işlər də qeyd olunub.

Bayramov Azərbaycanın iqtisadi göstəricilərinə toxunaraq ÜDM-in üç dəfə artdığını, yoxsulluq səviyyəsinin isə 49 faizdən 5 faizə endiyini bildirib.

Nazir Azərbaycanın 16 ölkəyə etibarlı təbii qaz tədarükçüsü olduğunu, eyni zamanda təmiz enerjiyə keçidi sürətləndirdiyini deyib. Onun sözlərinə görə, günəş və külək enerjisi layihələrinin gücünün 6 QVt-a çatdırılması hesabına 2030-cu ilədək elektrik enerjisinin 40 faizinin bərpaolunan mənbələrdən istehsalı nəzərdə tutulur.

Çıxışda Azərbaycanın COP29 çərçivəsində qlobal iqlim maliyyələşdirilməsi hədəflərinin üç dəfə artırılması, Paris Sazişinin 6-cı maddəsi üzrə karbon bazarlarının işə salınması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması və UNFCCC İqlim Həftəsinin təşkili istiqamətində roluna da toxunulub. Azərbaycanın WUF13-ə ev sahibliyi etməklə qlobal şəhərsalma gündəliyinə töhfəsi qeyd edilib.

Ceyhun Bayramov Xəzər dənizinin səviyyəsinin azalmasını təxirəsalınmaz ekoloji problem adlandıraraq, Xəzəryanı ölkələri davamlı birgə fəaliyyətə çağırıb.

Nazir Azərbaycanın ASAN və DOST modellərinin beynəlxalq səviyyədə tanındığını və bu təcrübənin paylaşılmasının 100-dən çox dövlətin həmmüəllif olduğu BMT İnsan Hüquqları Şurasının qətnaməsinə ilham verdiyini bildirib.

O, həmçinin Azərbaycanın 2020-ci ildən etibarən 140-dan çox ölkəyə, xüsusilə kiçik ada inkişaf etməkdə olan dövlətlərə və Afrika ölkələrinə 400 milyon dollardan artıq humanitar, iqtisadi və texniki yardım göstərdiyini qeyd edib.

AzPost.az

Post navigation

Previous: ABŞ Kuba ilə müharibəyə hazırlaşır
Next: Prezident II Beynəlxalq İnvestisiya Forumunda iştirak edib –

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.