Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yola düşüb

Ceyhun Bayramov
Ceyhun Bayramov

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.