Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə görüşüb.

Bu barədə Azərbaycan XİN rəhbəri “X” hesabında paylaşın edib.

“Gürcüstana rəsmi səfər çərçivəsində Baş nazir Kobaxidze tərəfindən qəbul olunmaqdan şərəf duydum.

Görüşdə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıqdan məmnunluq ifadə olundu. Siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirmək yolları müzakirə olundu”, paylaşımda qeyd olunub.

Əvvəlki məqalə

“Gənclər ətraf mühitin keşiyində” layihəsi çərçivəsində Şirvanda seminar keçirilib –

Sonrakı məqalə

Zakir Həsənov Macarıstana gedib