Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Ceyhun Bayramov Litvanın ölkəmizdəki səfiri ilə görüşüb

User 10 Avqust 2023 - 21:10 (Last updated: 21 May 2025 - 20:15)
16916864164801723152_1000x669

Avqustun 10-da xarici işlər naziri Ceyhun Bayramov Litvanın Azərbaycandakı səfiri Eqidius Navikası ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan və Litva arasındakı münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Eqidius Navikasa təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Ceyhun Bayramov son dövrlərdə Azərbaycan və Litva arasında ali və yüksək səviyyəli qarşılıqlı təmasların və səfərlərin artmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, cari ilin may ayında Litva Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının keçirilməsinin bir sıra sahələr, o cümlədən iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar, bağlantılar və s. sahələr üzrə əməkdaşlığın inkişafı ilə bağlı perspektivlərin müzakirəsi baxımından əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəliklərə və verdiyi bəyanatlara zidd olaraq ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı hərbi-siyasi təxribatlarını, mina təhdidini davam etdirməsinin sülh gündəliyinin irəli aparılmasına ən böyük hədə olduğunu bildirib.

Cari ilin iyunun 15-də Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı sərhədçimizin yaralanması ilə nəticələnmiş təxribat törədən Ermənistanın ölkəmiz ilə razılaşdırmadan ərazilərimizə “humanitar yük” adı altında konvoylar göndərməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanmış növbəti təxribat olduğu diqqətə çatdırılıb. Erməni sakinlər üçün daha çox məhsulların tədarükü üçün tərəfimizdən “Ağdam-Xankəndi” yolundan istifadə ilə bağlı təklifin rədd olunmasının məsələnin humanitar deyil, tamamilə siyasi xarakter daşıdığı vurğulanıb.

Səfir Eqidius Navikas səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib. Azərbaycanda fəaliyyət göstərdiyi müddətin COVID-19 pandemiyası ilə üst-üstə düşməsinə baxmayaraq, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan və Litva arasında münasibətlərin inkişafında müsbət dinamikanın müşahidə olunmasının məmnunluq doğurduğu bildirilib. Xüsusilə, iki ölkə arasında mövcud siyasi münasibətlərin iqtisadiyyat, energetika, nəqliyyat və bağlantılar sahələrində də əlaqələrin inkişafına təkan verməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışığı aparıb
Next: Ceyhun Bayramov Ermənistanın sülh prosesində maraqlı olmadığını ATƏT sədrinə bildirib

Oxşar xəbərlər

ceyhun alman xin
  • Siyasət

Ceyhun Bayramov Almaniyanın xarici işləri naziri ilə görüşüb

User 18 Noyabr 2026 - 10:50
ilham alman xin
  • Siyasət

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

User 17 Noyabr 2026 - 17:38
seyyad aran
  • Siyasət

“Bura Milli Məclisdir, danışmaqxanadır” – deputat Səyyad Arandan etiraz

User 17 Noyabr 2026 - 13:43

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.