Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib

29 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Əvvəlki məqalə

Qazaxda Ermənistanla təmas xətti olmuş ərazidə mina partlayıb

Sonrakı məqalə

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib