Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır

14 İyun 2020 - 15:59

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

FHN-nin verdiyi məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.