Ceyranbatanda yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub. 

Bu barədə FHN-ə istinadən məlumat verir.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vüqar Səfərli vurduğu ziyanın 100 min manatını ödəyib

Sonrakı məqalə

Binəqədi rayonunda yol tikintisi üçün 2.85 milyon manat ayrılıb