Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Çin alimləri xərçəng müalicəsində inqilabi irəliləyişə imza atıblar

User 31 May 2025 - 19:24 (Last updated: 31 May 2025 - 15:47)
Labaratoruya

Labaratoruya

Cənubi Çin Universitetinin alimləri nadir torpaq minerallarından yüksək saflığa malik qurğuşun-212 və bismut-212 nuklidlərini əldə edərək, xərçəngin müalicəsində inqilabi irəliləyişə imza atıblar. Tədqiqatçılar bildiriblər ki, bu nuklidlər müxtəlif xərçəng növlərinin, o cümlədən döş, mədəaltı vəzi və prostat xərçənginin müalicəsində “hədəflənmiş alfa radionuklid terapiyası” (TAT) üsulu ilə effektiv şəkildə istifadə oluna bilər.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, alimlər nadir torpaq minerallarından proton və neytronların müəyyən nisbətlərdə birləşməsi ilə nuklidlərin çıxarılması texnologiyasını inkişaf etdiriblər. Onların sözlərinə görə, halogen mühitdə nuklidlərin ayrılmasını təmin edən yeni və qənaətcil üsul işlənib hazırlanıb. Bu proses “silikat dəstəkli anion qatranı”nın istifadəsini ehtiva edir. Alimlər bu metodun ənənəvi qatran texnologiyalarına nisbətən adsorbsiyanı 6 dəfə daha sürətlə təmin etdiyini və qısamüddətli nuklidlərin təcrid olunmasında mühüm üstünlüklər verdiyini vurğulayıblar.

Bundan əlavə, tədqiqat qrupu yalnız qurğuşun-212 və bismut-212 nuklidləri üzərində deyil, həmçinin radium-228, torium-228 və radium-224 nuklidlərinin ayrılması üzərində də iş apardıqlarını bəyan edib. Onların fikrincə, bu üsul Çinin tibbi nuklidlərə tələbatının qarşılanmasında mühüm əhəmiyyət kəsb edir. Bu inkişaf ölkənin tibbi texnologiyalar sahəsində “özünü təminetmə” məqsədinə töhfə verəcək.

Alimlərin nailiyyəti xərçəng müalicəsində yeni üfüqlər açmaqla yanaşı, nadir torpaq minerallarının istifadəsinin tibbi tətbiqlərini genişləndirir. Bu yenilik gələcəkdə daha təsirli və daha əlçatan xərçəng müalicəsi metodlarının tətbiqinə zəmin yarada bilər.

AzPost.az

Post navigation

Previous: Şəkər əleyhinə yeni dərman hazırlandı –
Next: Venerada heç vaxt həyat olmayıb –

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.