Çin alimlərinin koronavirusa qarşı hazırladıqları peyvənd nəticə verib

Çin alimləri tərəfindən  COVID-19-a qarşı hazırlanan yeni peyvənd meymunlar üzərində sınaqdan keçirilib.

Nəticələr ümidverici olub.

Tədqiqatçıların oxşar sınaqları bir müddət əvvəl siçanlar, siçovullar, qvineya donuzları, dovşan və digər heyvanlar üzərində aparsalar da, bu qədər müsbət nəticənin əldə olunmadığı bildirilib.

Reuters-in məlumatına görə, hazırda Çin mütəxəssisləri COVID-19-a qarşı 5 növ peyvəndi sınaqdan keçirir.

Xatırladaq ki, dünyada koronavirusa qarşı 100-dən çox mümkün vaksin hazırlanıb. Ən perspektivlilər sırasında əczaçılıq nəhənglərindən olan “AstraZeneca” şirkəti ilə Oxford Universitetinin birgə hazırladığı, o cümlədən Çin şirkəti “CanSino Biologics”in və ABŞ-ın dərman firması “Moderna”nın peyvəndləridir. (Sputnik)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avtobuslarda sərinləndirmə sistemləri işə salınacaq –

Sonrakı məqalə

Corc Floydun qardaşı ABŞ Konqresində çıxış etdi: