“Çin birtərəfli sanksiyaları dəstəkləmir” –Çin lideri bəyanat verdi

“Çin rəhbərliyi birtərəfli sanksiyaları dəstəkləmir və beynəlxalq məsələlərin həlli prosesində ikili standartlardan çıxış etməyi planlaşdırmır”.

Azpost.info xəbər verir ki, bunu Çin lideri Si Cinpin bildirib.

Onun sözlərinə görə, Çin bloklar yaratmaq və qarşıdurmanı gücləndirmək məqsədi daşıyan siyasət yürütmək niyyətində deyil: “Biz birtərəfli sanksiyalardan sui-istifadənin əleyhinəyik. Həm ənənəvi, həm də yeni sahələrdə təhlükəsizliyi qətiyyətlə müdafiə edəcək, qlobal problemləri birgə həll edəcəyik. Münaqişələrə, terrorizmə və iqlim dəyişikliyinə qarşı mübarizə aparacaq, şəbəkə və bioloji təhlükəsizlik problemlərini həll edəcəyik”.

Si Cinpin qeyd edib ki, Çin böhranın həlli üçün istənilən addımı dəstəkləyir. Lakin Pekin “uzun qolun yurisdiksiyasına” qəti şəkildə qarşıdır.

Qloballaşma prosesinə tərəfdar olduğunu deyən Çin lideri bildirib ki, hər hansı ölkəni “gəmidən” kənara atmaq yolverilməzdir: “Dünyanın bütün ölkələri ortaq taleyi olan böyük bir gəmidə üzür. Əgər onlar şiddətli dalğaları keçib daha parlaq gələcəyə doğru yollarına davam etmək istəyirlərsə, eyni istiqamətdə hərəkət etməlidirlər. Kimisə dənizə atmağa cəhd etmək yolverilməzdir”.

Onun fikrincə, dünya birliyi inteqrasiya prosesində mürəkkəb struktura çevrilib. Buna görə də, bir detal çatışmırsa, o zaman bütün mexanizm üçün çətinliklər yaranacaq: “Sosial tərəqqiyə təkan verən məhz ziddiyyətlərdir”.

Si Cinpin əlavə edib ki, soyuq müharibə zehniyyəti, hegemonluq və blok qarşıdurması bütün planetin təhlükəsizliyini sarsıdır: “Kobud güc siyasəti dünyada sülhü təhdid edir”.

Azpost.info

Əvvəlki məqalə

Fərrux yüksəkliyində tapılmış qalıqların azərbaycanlılara aid olduğu sübut edilib –

Sonrakı məqalə

Bakı Laçın dəhlizinə alternativ çəkilən yolun yeni FOTOLARINI açıqladı