“Çin güclü olarsa, Belarus da güclü olacaq”- LUKAŞENKO

“Çin güclü olarsa, Belarus da güclü və inkişaf edən ölkə olacaq”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Pekində Çin Dövlət Şurasının Baş naziri Li Ketsian ilə görüşündə deyib.

“Sizə uğurlar arzulayırıq. Çünki Çin güclüdürsə, Belaru da güclü olacaq və inkişaf edəcək”, – Lukaşenko bildirib.

O, həmçinin Belarusu dəstəklədiyi üçün ölkə hökumətinə təşəkkür edib.

Aleksandr Lukaşenko fevralın 28-də Çinə dövlət səfərinə gedib. O, martın 2-dək orada Çin hökuməti və biznes nümayəndələri ilə görüşlər keçirəcək.

Azpost.info

Əvvəlki məqalə

Telejurnalist Mədəniyyət Nazirliyində müşavir vəzifəsinə təyin olunub

Sonrakı məqalə

Polşada Xocalı soyqırımı ilə bağlı elmi konfrans keçirilib –