Polşada Xocalı soyqırımı ilə bağlı elmi konfrans keçirilib –FOTO

“Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiyası” Polşanın Krakov şəhərində “Soyqırım və insanlığa qarşı törədilmiş cinayətlər” mövzusunda elmi konfrans təşkil edib.

Konfransda “Holokost”, “Xocalı soyqırımı”, “Srebrenitsa qətliamı”, “Katin qırğını” haqqında elmi araşdırmaların təqdimatı keçirilmişdir. Hadisələrin tarixi, oxşar və fərqli cəhətləri barədə müzakirələr aparılıb.

Akademik dairələrin qatıldığı müzakirələrdə Xocalı soyqırımının bəşəriyyətə qarşı törəilmiş bir cinayət kimi Avropadakı qətliamlarla eynilik təşkil etdiyi barədə məlumat verilib və bu istiqamətdə maarifləndirmə işlərinin davamlı aparıldığı vurğulanıb.

Konfransa ADA Universitetinin professoru Ceyhun Rzayev, Varşava Dövlət Universitenin professoru Nərgiz Axundova, Adam Miskevic Universitetinin professoru Eva Domanska və Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri iştirak edib.

Əvvəlki məqalə

“Çin güclü olarsa, Belarus da güclü olacaq”

Sonrakı məqalə

“İran uranın zənginləşdirilməsi üzrə limiti 18 dəfə keçib”