Çin ingilis pilotlarını niyə ələ almağa çalışır?- Britaniya kəşfiyyatı Pekini ifşa etdi

Çin Britaniya Hərbi Hava Qüvvələrinin reaktiv təyyarələrinin hazırkı və keçmiş pilotlarını “səxavətli” iş təklifləri ilə ələ almağa çalışır.

Azpost.info xəbər verir ki, “The Guardian” bu barədə Britaniya kəşfiyyatına istinadən yazıb.

Kəşfiyyat xəbərdarlıq edib ki, Çin hərbçiləri britaniyalıların təcrübəsindən öz pilotlarının hazırlanması üçün istifadə edirlər.

“The Guardian” yazır ki, 30-a yaxın britaniyalı keçmiş pilot artıq Çindən gələn təkliflərə müsbət cavab verib. Onlar üçüncü ölkələrdə, eləcə də Cənubi Afrikada yerləşən uçuş akademiyasında Çin Hərbi Hava Qüvvələri üçün çalışacaqlar.

Məqalədə qeyd olunur ki, rəsmilər Böyük Britaniya və Qərbin maraqlarına təhlükə törədən bu cür sxemlərdən narahatlıq və narazılıqlarını ifadə ediblər. Və riski azaltmaq üçün müvafiq addımlar atdıqlarını bildiriblər. Belə ki, britaniyalı pilotlardan heç bir məxfi məlumatı Çin hərbçilərinə açıqlamamaq və belə müqavilələr barədə Müdafiə Nazirliyinə məlumat vermək istənilib.

“Çin reaktiv təyyarələrin taktikası, texnikası və prosedurlarına xüsusi maraq göstərərək ordusunu modernləşdirməyə və NATO standartlarını təqlid etməyə çalışır”, – məqalədə qeyd olunur.

Bir müddət əvvəl Çin lideri Si Cinpin bildirmişdi ki, hakimiyyət ordunun modernləşdirilməsini sürətləndirmək niyyətindədir. Ordunun 2027-ci ilə qədər dünyanın ən güclülərindən birinə çevrilməsi Pekin üçün prioritet məsələdir. Bundan başqa, ordunun milli təhlükəsizliyi və suverenliyi qorumaq imkanlarının genişləndirilməsi də nəzərdə tutulur.

Azpost.info

Əvvəlki məqalə

“Yeni doğulan uşaqların hesabına 2 min dollar keçirilisin” –

Sonrakı məqalə

Sabah hava necə olacaq?