“Çin lideri Putin və Lukaşenko ilə görüşdən sonra şam yeməyinə gəlməyib”- “Reuters”

Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində iştirak edən Çin lideri Si Cinpin iş gününün sonunda dövlət başçılarının şam yeməyinə qatılmayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Özbəkistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Çin nümayəndə heyəti Si Cinpinin dövlət başçıları ilə nahardan imtina etməsinə səbəb kimi koronavirusla mübarizə tədbirlərini göstərib.

Sentyabrın 15-də Çin rəhbəri Qırğızıstan, Rusiya və Belarus prezidentləri ilə danışıqlar aparıb.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğan Əsədlə ŞƏT sammitində görüşməyə hazır olduğunu deyib

Sonrakı məqalə

Bu il Azərbaycanda narkotikə görə 5412 nəfər saxlanılıb