Bu il Azərbaycanda narkotikə görə 5412 nəfər saxlanılıb- 60-ı xarici vətəndaşdır

Bu ilin 8 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5412 nəfər cəlb edilib.

Bu barədə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 60 nəfəri xarici ölkə vətəndaşıdır: “Məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından 27-si İran İslam Respublikası, 13-ü Rusiya, 8-i Türkiyə, 7-si Gürcüstan, 1-i Türkmənistan,1-i Qazaxıstan, 1-i Pakistan, 1-i Ukrayna, və 1-i Maldiv vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 986 kq 995,565 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb”.

Əvvəlki məqalə

“Çin lideri Putin və Lukaşenko ilə görüşdən sonra şam yeməyinə gəlməyib”

Sonrakı məqalə

Paşinyan və Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər