Çin lideri Qazaxıstanda səfərdədir- Sabah Putinlə görüşəcək

Çin lideri Si Cinpin Qazaxıstana səfər edib.

Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

İki ölkə liderlərinin danışıqlar aparması, həmçinin bir sıra əməkdaşlıq sazişləri imzalaması planlaşdırılır.

Bu, Si Cinpinin koronavirus pandemiyası zamanı ilk xarici səfəridir. O, 2020-ci ilin yanvar ayının sonundan bəri Çini tərk etməmişdi.

Qeyd edək ki, sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Çin lideri sammitə qatılacaq və tədbir çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Putinin sammit çərçivəsində Belarus, Özbəkistan və Türkiyə prezidentləri Aleksandr Lukaşenko, Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğanla da görüşləri nəzərdə tutulub.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan 100-ə qədər Ermənistan hərbçisinin cəsədini təhvil verməyə hazırdır –

Sonrakı məqalə

ABŞ-ın Qafqaz üzrə baş müşaviri Filip Riker –