“ABŞ-ın sabiq prezidenti Donald Tramp dünya liderləri ilə görüşlərində gündəlikdə olanlarla yox, kənar mövzularla bağlı maraqlanırdı”.
Azpost.info Daily Mali-yə istinadən bildirir ki, bu barədə öz kitabında Trampın sabiq mətbuat katibi Stefani Qrişem yazıb.
O, Türkiyə-ABŞ sammiti zamanı baş verənlərə toxunub. Tədbir zamanı Tramp Qrişemdən soruşub ki, bu lderlərdən hansı daha sərtdir – Ərdoğan yoxsa, Çin rəhbəri Si Szinpin?
Qrişem cavab verə bilmədiyini etiraf edib: “Bilmirəm, ser, Ərdoğan daha özünə güvənli görünür”-deyə sabiq mətbuat katibi yazıb.
Qrişem qeyd edib ki, sammitin gedişatında Tramp qəfildən 1978-ci ildə çəkilmiş “Gecə ekspressi” filmindən danışıb. Bu film İstanbuldan narkotik aparmaq cəhdinə görə, Türkiyə həbsxanasına düşən amerikalı haqqında filmdir: “Bilmirəm, Tramp bununla Ərdoğanı öz oyununa cəlb etmək istəyirdi, yoxsa kino onun yaddaşına hopub. Hansısa məqamda Tramp gözlənilmədən soruşdu: “Gecə ekspressi”ni kimsə baxıb? Uşaqlar, bu sizin üçün ürəkaçmayan filmdir”.
Tədbirdən sonra Tramp mətbuat katibinə deyib ki, onun Çin lideri ilə bağlı dedikləri ilə razıdır: “Si Szinpin daha sərtdir. Onu iş zamanı görmüşəm, o soyuqqanlı qatildir”-deyə Tramp vurğulayıb.
