“Çin hökuməti Kiyevdəki hakimiyyətlə birbaşa əlaqə saxlamalı, Si Cinpin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmalıdır”.
Azpost.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Si Cinpinin Moskvaya gözlənilən səfəri ilə bağlı sualı cavablandırarkən deyib.
O, bu fikri bu gün Tokioda Yaponiyanın Baş naziri Fumio Kişida ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında səsləndirib.
Şolts bir daha qeyd edib ki, Ukraynadakı münaqişə yalnız Rusiya qoşunlarını oradan çıxaracağı təqdirdə dayandırıla bilər: “Biz bu mövqeyi hər yerdə və hər fürsətdə ifadə etmişik”.
Azpost.info