Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir- DYP-dən MÜRACİƏT

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Paytaxtın Azneft dairəsindən Neftçilər prospekti boyunca Bülbül küçəsi ilə kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”, – o, deyib.

Əvvəlki məqalə

Ağdamda mərmi partlayıb, ekskavatorçu xəsarət alıb

Sonrakı məqalə

“Çin lideri Zelenski ilə birbaşa danışıqlar aparmalıdır”