Çin hakimiyyəti martın 25-də Hubey əyalətinə giriş və çıxış məhdudiyyətlərini aradan qaldıracaq.
TASS yaydığı məlumata görə, əyalətin inzibati mərkəzi sayılan Uhanda isə məhdudiyyətlər aprelin 8-də aradan qaldırılacaq. Bu qərar bölgədəki epidemioloji vəziyyətin yaxşılaşdırılması fonunda verilib.
Qeyd edək ki, Uhan və Hubey əyalətində karantin cari ilin yanvarın 23-dən qüvvədə idi.