Çin Milli Neft Şirkətinə məxsus obyektdə güclü yanğın başlayıb –VİDEO

Çinin Milli Neft Şirkətinin (CNPC) Loyanin əyalətindəki obyektlərinin birində güclü yanğın başlayıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Yanğın yerli vaxtla 21: 30-da (Bakı vaxtı ilə 17:30) Fuşun şəhərində qeydə alınıb. Bildirilib ki, yanğının mümkün səbəblərindən biri ildırımın binaya düşməsidir.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürməyə çalışır.

Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

13 yaşlı oğlan göldə boğulub –

Sonrakı məqalə

Dünyada koronavirusdan ölənlərin sayı 310 mini ötdü