Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Çin ölkədə sata bilmədiyi avtomobillərlə dünya bazarını doldurur –

User 02 Dekabr 2025 - 12:28
cin avto byd

Çin ölkədə sata bilmədiyi, benzinlə işləyən avtomobillərlə dünya bazarlarını doldurur.

AzPost bildirir ki, bu barədə  “Reuters” dekabrın 2-də dərc etdiyi xüsusi hesabatda yazır.

Hesabatda deyilir ki, Çində daha çox elektrik avtomobillər (EV) satıldığından ölkənin avtomobil istehsalçıları benzinlə işləyən maşınları ixrac edirlər.

Agentlik qeyd edir ki, elektrik avtomobiləri sənayesi cəmi bir neçə il ərzində Çindəki bazarının yarısını əldə edib. Bundan təkcə xarici şirkətlər deyil, elə Çinin öz avtomobil istehsalçıları da itirib. Sonuncular mədən yanacağı ilə işləyən maşınlarını dünya bazarlarına doldurublar.

2020-ci ildən bəri Çinin avtomobil ixracının 76 faizini məhz bu cür avtomobillər tutub. İllik göndərişlər 1 milyondan bu il 6.5 milyona çatıb.

Statistikanı Çinin “Automobility” konsaltinq şirkəti açıqlayıb.

Ən böyük ixracatçılar isə SAIC, BAIC, “Dongfeng” və “Changan” nəhəngləridir. 1980-ci illərdə onlar xarici avtomobil istehsalçıları ilə birgə müəssisələr qururdular. Son vaxtlar Çinin özündə BYD kimi elektrik avtomobilləri istehsalçıları artdıqca, birgə müəssisələrin satışı da azalıb. Məsələn, SAIC-GM 2020-ci ildə 1.4 milyon, 2024-cü ildə 435 min avtomobil satıb.

“Reuters” yazır ki, indi bu dövlətə məxsus oyunçular ixrac bazarlarında satışı gücləndirirlər. SAIC-in öz brendlərinin – GM-siz ixracı 2020-ci ildə 400 min, ötən il 1 milyondan çox olub.

“Dongfeng” ötən il 250 minə yaxın avtomobil ixrac edib ki, bu da beş ildə dörd qat artım deməkdir. Şirkətin Mərkəzi Avropa üzrə meneceri Yalte Vernoy bunu məhz dövlətə məxsus olmaları faktı ilə izah edir: “Ayaqda qalacağımıza şübhə yoxdur”.

“Reuters” benzinlə işləyən avtomobillərin Şərqi Avropa, Latın Amerikası, Afrika bazarlarında daha yaxşı satıldığını yazır. Bu yerlərdə EV-enerji doldurma infrastrukturu da zəifdir.

Ötən ilin ilk 10 ayında Azərbaycan Çindən 396 milyon dəyərində 15 min 471 hibrid və elektrik avtomobili idxal edib. 2023-cü ildə isə 154 milyon dollarlıq 4 min 636 avtomobil gətirilmişdi.

AzPost.az

Post navigation

Previous: Buraxılış imtahanlarının nəticəsi 2 il qüvvədə olur
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 27 Oktyabr 2026 - 10:25
et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27

xƏBƏR

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan...
Read more about Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN
Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55
AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

User 27 Oktyabr 2026 - 16:44
Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.