Çin Putinin səfərbərliyə dair çıxışından sonra tərəflərə çağırış edib

“Çin Ukraynada münaqişənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və danışıqlara başlamağa çağırır”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərliyə dair müraciətini şərh edərkən bildirib.

“Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır. Biz bütün tərəfləri döyüşlərə son qoymaq və tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını həll etmək yollarını tapmaq üçün dialoq və məsləhətləşmələrə çağırırıq”, – XİN rəsmisi deyib.

Azpost.info

Əvvəlki məqalə

DYP rektorlara müraciət edib

Sonrakı məqalə

Cəbrayılda günəş elektrik stansiyası layihəsi çərçivəsində danışıqlar davam edir