Çin Rusiyaya malların daşınması xərclərini kəskin şəkildə artırıb

Çin Rusiya və Belarusa malların daşınması xərclərini kəskin şəkildə artırıb.

Azpost.info xəbər verir ki, ekspeditor şirkətlər bildiriblər ki, mayın 6-dan dəmir yolu ilə yüklərin çatdırılması gediş stansiyasından asılı olaraq 500-800 dollar və ya daha çox bahalaşıb.

Tariflərin artırılması Çində pulsuz konteynerlərin sayının azalması, eləcə də Çin-Rusiya sərhədində böyük tıxaclarla bağlıdır.

Dəmir yolu ilə çatdırılma qiymətlərinin artması ilə eyni vaxtda Çindən dəniz nəqliyyatı ilə daşıma tarifləri də artıb. Tarif artımı gediş limanından asılı olaraq 800-1000 ABŞ dolları ilə 1300-1500 dollar arasında dəyişib. Eyni zamanda, may ayında gəmilərdə mövcud yerlərin çoxu artıq bron edilib, buna görə də daşıma xətləri yalnız mayın sonu – iyunun əvvəlində yük daşımaları təklif edir.

Qiymət artımı Rusiya ərazisindən tranzitlə Çindən Aİ-yə konteynerlərin dəmir yolu ilə daşınmasının bərpası fonunda baş verib. Yanvar-mart aylarının nəticələrinə görə, onlar illik müqayisədə 44 faiz artaraq 90 min konteynerə çatıb. Bu, Ukraynadakı müharibə ilə əlaqədar tranzitin faktiki dayandırılmasından sonra baş verib.

Azpost.info

 

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.