Çin Sədri son 2 ildə ilk dəfə ölkəni tərk edəcək- Putinlə görüşəcək

Çin Sədri Si Cinpin iki ildən sonra ilk dəfə ölkəni tərk edəcək.

Azpost.info xəbər verir ki, Çin lideri Mərkəzi Asiyaya səfər edəcək və orada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

“Reuters”in məlumatına görə, sentyabrın 14-də Si Cinpin Qazaxıstana səfər edəcək. Daha sonra Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 15-16-da keçirilməsi planlaşdırılan sammitində iştirak üçün Özbəkistana gedəcək. Orada Çin liderinin Putinlə görüşü baş tutacaq.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Ordusunun Laçın, Kəlbəcər və Gədəbəydəki mövqeləri atəşə tutulub

Sonrakı məqalə

Dünya liderləri II Elizabetin dəfn mərasiminə avtobusla gələcəklər