Dünya liderləri II Elizabetin dəfn mərasiminə avtobusla gələcəklər- “Politico”

Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə dəvət olunan dünya liderləri tədbirə avtobusla gələcəklər.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Protokola əsasən, siyasətçilər krallığa gəlmək üçün avtomobillərdən və ya helikopterlərdən, həmçinin kommersiya uçuşlarından istifadə edə bilməzlər. Bunun səbəbi tədbirdə boş yerin olmaması, həmçinin ziyarətçilərin çoxluğudur.

Anım mərasimindən sonra dünya liderləri və onların həyat yoldaşları “Lancaster House”da başsağlığı kitabına qeydlər edəcək, bundan sonra Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşmək üçün “Deans Yard”a gedəcəklər.

Dəfn mərasimi bazar ertəsi, sentyabrın 19-da səhər saatlarında keçiriləcək.

Azpost.info

Əvvəlki məqalə

Çin Sədri son 2 ildə ilk dəfə ölkəni tərk edəcək

Sonrakı məqalə

Litva Tayvanda nümayəndəlik açır