“Çin seçkilərdə məğlub olmağım üçün əlindən gələni edəcək” –

TRAMP
01 May 2020 - 09:00

ABŞ prezidenti Donald Tramp deyib ki, Çinin koronavirus pandemiyasına münasibəti Pekinin noyabr ayında keçiriləcək seçkilərdə onun təkrar qalib gəlməsinə mane olmaq üçün “əlindən gələni etdiyinə” sübutdur.

Çərşənbə günü Oval Ofisində Reuters xəbər agentliyinə verdiyi müsahibədə Tramp Çinlə bağlı sərt danışıb və virusla bağlı Pekinə nə edəcəyi ilə bağlı seçimləri nəzərdən keçirdiyini deyib. “Mən çox şey edə bilərəm” – deyə, o bildirib.

Reuters xəbər agentliyi Trampın Çini ABŞ-da azı 60 000 insanın ölümünə səbəb olan, Birləşmiş Ştatlar iqtisadiyyatını dərin tənəzzülə salan qlobal pandemiyada və onun daha dörd il müddətinə prezident olmaq ümidlərini təhlükəyə atmaqda günahlandırdığını bildirib.

ABŞ-da koronavirusunun yayılmasının qaşısını vaxtında almamaqda günahlandırılan respublikaçı prezident Çinin virus haqqında dünyaya daha tez məlumat verməli olduğunu deyib.

Tariflərdən istifadə və ya Çinin borclarının silinməsini nəzərdən keçirib- keçirmədiyini soruşduqda, Tramp konkret heç nə deməyib. “Mənim edə biləcəyim çox şey var. Biz nələrin baş verdiyini öyrənməyə çalışırıq” deyib, Tramp.

“Çin mənim bu yarışda məğlub olmam üçün əlindən gələni edəcək” – deyə, Tramp əlavə edib.

Tramp Pekinin onun Çinə ticarət və digər məsələlərdə etdiyi təzyiqləri azaltmaq üçün Pekinin seçkilərdə demokrat rəqibi Co Baydenin qalib gəlməsini istədiyinə inandığını deyib.

Çinin Xarici İşlər Nazirliyi ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməkdə maraqlı olmadığını bildirib. (Amerikanın Səsi)