Çin şirkətləri süni intellektə xərclərini 2 dəfə artırıb

ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinə baxmayaraq, Çinin əsas texnologiya şirkətləri infrastruktura və süni intellekt (AI) texnologiyalarının inkişafına xərcləri iki dəfə artırıb.

Bu barədə Financial Times (FT) məlumat yayıb.

Nəşrin məlumatına görə, Alibaba, Tencent və Baidu-nun cəmi kapital xərcləri 2023-cü ilin eyni dövründəki 23 milyard yuan (3,23 milyard dollar) ikən, ilin birinci yarısında 50 milyard yuan (7 milyard dollar) təşkil edib. Nəşr qeyd edir ki, əsas diqqət süni intellekt texnologiyasının  inkişafına, bununla bağlı prosessorların və infrastrukturun alınmasına yönəlib.

2022-ci ilin oktyabrında ABŞ, qabaqcıl çiplərin və əlaqəli avadanlıqların tədarükünü məhdudlaşdırmaqla Çinin texnoloji tərəqqisini cilovlamağa yönəlmiş bir sıra tədbirlər qəbul edib. Bloomberg-in məlumatına görə, Vaşinqtonun ixrac sanksiyalarını sərtləşdirməsi Amerika şirkətlərinin bazar dəyərinin 130 milyard dollar azalmasına səbəb olub. Amerika hakimiyyətinin bəzi növ son mikrosxemlərin və onların istehsalı üçün avadanlıqların Çinə tədarükü ilə bağlı məhdudlaşdırıcı tədbirləri ABŞ-a ziyan vurub. (Marja)

Əvvəlki məqalə

Azərbaycanın Yaponiyadan avtomobil ixracı 32% azalıb

Sonrakı məqalə

Verilmiş kreditlərin 70 faizi iri və orta biznesin payına düşür