“Çin və ABŞ münasibətləri yaxşılaşdırmalıdırlar” –Si Cinpin

“Pekin və Vaşinqton münasibətləri sabitləşdirməli, münasibətləri yeni səviyyəyə çıxarmalıdırlar”.

ÇXR sədri Si Cinpin bu barədə Pekində amerikalı senatorların nümayəndə heyəti ilə görüşündə deyib.

“Ölkələrimizin məqsədi münasibətləri sabitləşdirmək və yaxşılaşdırmaq, yeni tarixi dövrdə birgə yaşamağın düzgün yolunu tapmaqdır”, – CGTN telekanalı Çin liderinin sözlərini sitat gətirib.

“Çin və Birləşmiş Ştatlar qüdrətli dövlətlər olaraq müvafiq əzm və məsuliyyət nümayiş etdirməlidirlər. Biz ÇXR-ABŞ münasibətlərini lazımi şəkildə qurmalı, bir-birimizə hörmət etməli, sülh şəraitində yaşamalı və qarşılıqlı fayda üçün əməkdaşlıq etməliyik”, – deyə Si Cinpin bildirib.

Azpost.info

Əvvəlki məqalə

Füzuli şəhərinə daha 21 ailə yola salınıb

Sonrakı məqalə

HƏMAS-ın hücumundan sonra ölən israillilərin sayı 900-ə çatıb