Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Çində dünyanın ən böyük buz fiqurlar sərgisi açılıb

User 17 Dekabr 2025 - 13:46 (Last updated: 17 Dekabr 2025 - 13:46)
buz heykel

Çinin şimal-şərqindəki Heyloncian əyalətinin inzibati mərkəzi olan Harbin şəhərində 27-ci buz və qar dünyası sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 1,2 milyon kvadratmetr sahəni əhatə edən tematik sərgidə 400 min kubmetr buz və qardan hazırlanmış fiqurlar nümayiş olunur. Bu fiqurlar arasında müxtəlif ölkələrdəki məşhur memarlıq nümunələrinin oxşarları, cizgi film qəhrəmanları da var. Dünyanın ən böyük buz və qar sərgisinin davam edəcəyi günlərdə Harbin beynəlxalq buz və qar festivalı, müsabiqələr, qar futbolu, donmuş Sonhua çayında üzgüçülük və hokkey yarışları, fantaziya şouları, virtual reallıq layihələri təşkil olunacaq, turistlər rəqəmsal incəsənət muzeyinə baş çəkə biləcəklər.

Qeyd edək ki, Çinin buz şəhəri hesab olunan Harbindəki buz və qar dünyası sərgisi hələ 2023-cü ildə sahəsinin böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Sonrakı illərdə sərginin sahəsi daha da genişləndirilib. Hər il sərgini təxminən 3 milyon nəfər ziyarət edir. Martın əvvəlinədək davam edəcək Harbin sərgisi Çində populyar qış turizmi tədbiridir. Sərgiyə giriş bileti dekabrın 23-dək 298 yuan (təxminən 42 ABŞ dolları), sonrakı mərhələdə isə 328 yuan (46 dollar) olacaq.

AzPost.az

Post navigation

Previous: MEDİA Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Next: Ölkəyə qaçaq yolla siqaret gətirən gəmi kapitanı və matros həbs edilib

Oxşar xəbərlər

valyuta
  • Sosial

Bu günə olan valyuta məzənnələri

User 17 Noyabr 2026 - 09:35
audi8
  • Sosial

Audi məşhur A8 modelinin istehsalını dayandırdı – 32 ildən sonra

User 17 Noyabr 2026 - 09:22
Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01

xƏBƏR

mahni oxumaq
  • Maraqlı

İnsanlar niyə eyni mahnıya dəfələrlə qulaq asır? – Alimlər 5 səbəbi açıqladı

User 17 Noyabr 2026 - 09:50
Bir çox insan eyni musiqini təkrar-təkrar dinləməyə meyllidir. Alimlər bu vərdişin səbəblərini araşdırır, tanış musiqi əsərlərinə dəfələrlə...
Read more about İnsanlar niyə eyni mahnıya dəfələrlə qulaq asır? – Alimlər 5 səbəbi açıqladı
İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var Tramp
  • Dünya

İranla müharibə yenidən alovlana bilər – Trampın qarşısında 3 ssenari var

User 17 Noyabr 2026 - 09:40
Bu günə olan valyuta məzənnələri valyuta
  • Sosial

Bu günə olan valyuta məzənnələri

User 17 Noyabr 2026 - 09:35
Sevgi, pul və iş -17 noyabrda bürcləri nələr gözləyir? burcler
  • Maraqlı

Sevgi, pul və iş -17 noyabrda bürcləri nələr gözləyir?

User 17 Noyabr 2026 - 09:30
Audi məşhur A8 modelinin istehsalını dayandırdı – 32 ildən sonra audi8
  • Sosial

Audi məşhur A8 modelinin istehsalını dayandırdı – 32 ildən sonra

User 17 Noyabr 2026 - 09:22
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.