Çində fillər kəndə girərək bütün çaxırı içdilər, sərxoş oldular

20 Mart 2020 - 10:46

Çinin Yunan əyalətində 14 fil kəndlərdən birinə girərək oradakı bütün çaxırı içiblər.

“Epicalyptic” xəbər verir ki, fillər insanların koronavirus səbəbindən özlərini təcrid etməsindən istifadə ediblər. Onlar kəndə qarğıdalı və digər qida axtarışında giriblər.

“Nəticədə fillər 30 litr qarğıdalı çaxırı içərək dəm olublar. Sonra isə artıq yeriyə bilməyən heyvanlar yaxındakı çay zəmisində yıxılıb yatıblar”, – deyə məlumatda qeyd edilir.