Çində kafedə partlayış olub –

6 nəfər ölüb, 9 nəfər yaralanıb
13 Oktyabr 2019 - 12:00

Çinin Ciansu vilayətinin Usi şəhərində kafedə partlayış baş verib.

“RİA Novosti” agentliyinin  verdiyi məlumata görə, şəhərin Sişan rayonunda baş verən partlayışa səbəb qaz sızması olub.

Yerli vaxtla saat 11.00-da baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.