Çində kafedə partlayış olub –
Çinin Ciansu vilayətinin Usi şəhərində kafedə partlayış baş verib.
“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, şəhərin Sişan rayonunda baş verən partlayışa səbəb qaz sızması olub.
Yerli vaxtla saat 11.00-da baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
