Çində koronavirusdan ölənlərin sayı 2715-ə çatıb

26 Fevral 2020 - 08:56

Çində yeni koronavirus qurbanlarının sayı 2715 nəfər təşkil edib.

TASS xəbər verir ki, bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin hesabatında bildirilib.

Ölkədə virusa yoluxanların sayı isə 78 mini ötüb.

Yenilənmiş son məlumata görə, yoluxmuşların sayına görə Hubey əyaləti ilk sıradaır. Burada 65.1 min yoluxmuş şəxs qeydiyyata alınıb, onlardan 2.6 mindən çoxu ölüb, təxminən 20.9 mini sağalıb.

Ötən gün ərzində ölkənin 31 bölgəsindən 26-da heç bir yoluxma hadisəsi aşkarlanmayıb.