Çində koronavirusdan ölənlərin sayı 2715-ə çatıb

Çində yeni koronavirus qurbanlarının sayı 2715 nəfər təşkil edib.

TASS xəbər verir ki, bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin hesabatında bildirilib.

Ölkədə virusa yoluxanların sayı isə 78 mini ötüb.

Yenilənmiş son məlumata görə, yoluxmuşların sayına görə Hubey əyaləti ilk sıradaır. Burada 65.1 min yoluxmuş şəxs qeydiyyata alınıb, onlardan 2.6 mindən çoxu ölüb, təxminən 20.9 mini sağalıb.

Ötən gün ərzində ölkənin 31 bölgəsindən 26-da heç bir yoluxma hadisəsi aşkarlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

328 seçki məntəqəsində nəticələr ləğv edilib-

Sonrakı məqalə

Maşından maşına tullanan kabus kameraya düşdü –