Boeing 737 sərnişin təyyarəsi Çinin cənubunda qəzaya uğrayıb.
Bu barədə Çinin milli televiziyası məlumat yayıb.
“China Airlines şirkətinə məxsus, içərisində 133 nəfərin olduğu Boeing 737 sərnişin təyyarəsi Çinin Quanksi-Çjuan Muxtar Bölgəsinin Vuzhou şəhərinin Teng qraflığında qəzaya uğrayıb”-deyə xəbərdə deyilir.
Ölən və yaralananlar barədə məlumat verilməyib, axtarış-xilasetmə işlərinə başlanılıb.
Qəza yerində meşə yanğınının başladığı məlum olub.
