Çində təlim mərkəzində güclü yanğın olub –

18 nəfər ölüb
25 İyun 2021 - 07:53

Çinin Henan əyalətinin Şantsyu şəhərində təlim mərkəzində baş vermiş güclü yanğın nəticəsində azı 18 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb.

Bu barədə “CGTN” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə döyüş sənətinin tədris olunduğu məktəbində baş verib.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb. (APA)