ABŞ-da çoxmərtəbəli bina uçub –Ölənlər var, 51 nəfər uçqunun altında qalıb (FOTO)

ABŞ-ın Florida ştatındakı Mayami şəhərində 12-mərtəbəli binanın gecə saatlarında qismən uçması nəticəsində azı bir nəfərin öldüyü, 99 nəfərinsə axtarışının davam etdirildiyi bildirilir.

İyunun 24-də yüzlərlə xilasedici binanın xarabalıqlarını təmizləyərək axtarış aparmaqda idilər. Rəsmilər xarabalıqlar altından 35 nəfərin sağ çıxarıldığını xəbər verirlər.

Serfsayd meri Çarlz Börket deyib ki, dağıntı böyükdür və o çox adamın sağ qala biləcəyinə inanmır. Başqa bir rəsmi isə deyib ki, uçqunun altında 51 nəfərin qaldığı təxmin edilir.

O əlavə edib ki, ola bilsin uçqun zamanı bu adamlardan bəziləri evlərində olmayıblar. Binanın uçmasından sonra 3 uruqvaylının, 6 paraqvaylının və 9 argentinalının itkin sayıldıqları bildirilib.

Bu barədə məlumatı Cənubi Amerikanın üç ölkəsinin konsulluqları veriblər. Rəsmilər bədbəxt hadisəyə nəyin səbəb olduğunu bilmədiklərini söyləyirlər. “The Champlain Towers South” adlı binanın 130 mənzilinin 80-də yaşayış vardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AŞPA-da siyasi partiyalara xaricdən ianələrlə bağlı qətnamə qəbul olunub

Sonrakı məqalə

Çində təlim mərkəzində güclü yanğın olub –