Çindən gətirilən koronavirus testləri zay çıxdı

Gürcüstan sürətli koronavirus testlərinin idxalı ilə bağlı Çin şirkəti ilə imzaladığı müqaviləni ləğv edib.

Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, müqavilənin ləğvinin səbəbi istifadə edilən testlərdə qüsur aşkarlanmasıdır.

Qeyd olunur ki, bir müddət əvvəl Çin hökuməti tərəfindən koronavirusun sürətli aşkarlanması ilə əlaqədar Gürcüstana hədiyyə edilən 1000 ədəd «BioEasy» testlərində qüsur və çatışmazlıqlar aşkarlanıb. Bu səbəbdən bəzi Avropa ölkələri, eləcə də Gürcüstan imzalanmış müqaviləni ləğv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da adambaşına 1200 dollar paylanacaq –

Sonrakı məqalə

Nazirlər Kabinetinin rəsmisindən virusla bağlı xəbərdarlıq: