Çində daha bir sabiq məmur haqqında ölüm hökmü çıxarılıb- FOTO

Çinin ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Sun Licun barəsində rüşvətxorluq ittihamı üzrə  ölüm hökmü çıxarılıb.

Azpost.info xəbər verir ki, sabiq nazir müavini qanunsuz odlu silah saxlamaqda və birjada manipulyasiyada da ittiham olunub.

Məhkəmə həmçinin müttəhimin bütün əmlakının müsadirə olunmasına qərar verib. İki ildən sonra ölüm cəzası ömürlük həbslə əvəzlənə bilər.

Qeyd edək ki, ötən gün Çinin keçmiş ədliyyə naziri, ictimai təhlükəsizlik nazirinin keçmiş müavini Fu Çjenxua barəsində də ölüm hökmü çıxarılıb. O, 16,5 milyon dollar rüşvət almaqda təqsirli bilinib.

Məhkəmənin qərarına əsasən, Fu Çjenxuanın əmlakı dövlət xeyrinə müsadirə olunacaq. Keçmiş nazir barəsində çıxarılan ölüm hökmü iki ildən sonra ömürlük həbslə əvəz edilə bilər.

Azpost.info

Əvvəlki məqalə

Fəhlənin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

Bakıda oğlu və gəlini 90 yaşlı anaya işgəncə verdi-