Fəhlənin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Sentyabrın 22-si saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Şəhər prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla Güloğlan Allahverdiyevin sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən öldüyü müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Əvvəlki məqalə

UEFA “Qarabağ”ın futbolçusu Musa Qurbanlının qol sevincini paylaşıb

Sonrakı məqalə

Çində daha bir sabiq məmur haqqında ölüm hökmü çıxarılıb