Çində içərisində naməlum maye olan qədim tunc küp aşkar edildi –FOTO

Çin arxeoloqları Henan əyalətində yerləşən məqbərədə apardıqları qazıntı işləri zamanı 2 000 il yaşı olduğu ehtimal edilən tunc küp tapıblar.

“Sinxua” xəbər agentliyi məlumat verir ki, üzərində qaz başı və boynunun təsvir edildiyi dekorativ küpün içində naməlum maye aşkar edilib.

Mütəxəssislərin apardıqları ilkin təhlillər nəticəsində məqbərənin eramızdan əvvəl 221 – 207-ci illərdə inşa edildiyi qeyd olunur. Arxeologiya İnstitutunun mütəxəssisləri dəfn edilən şəxsin yüksək təbəqəyə mənsub olduğunu istisna etmirlər.

Sarımtıl-qəhvəyi rəngdə olan naməlum mayenin tərkibi isə təhqiq olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kürdəmirdə koronavirusa yoluxanların sayı 72 nəfərə çatıb –

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti 36 dollara çatıb