Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Çində qəbul imtahanlarında 13 milyon abituriyent iştirak edir

User 08 İyun 2024 - 14:39 (Last updated: 21 May 2025 - 20:15)
cin imtahan

Çində ali məktəblərə iyunun 7-dən başlayan qəbul imtahanlarında (“qaokao”) 13 milyon 420 min abituriyent iştirak edir. Bu, test qəbul imtahanının bərpa olunduğu 1977-ci ildən bəri rekord göstəricidir.

Çinin Təhsil Nazirliyinin məlumatına görə, imtahan müxtəlif ixtisas qrupları üzrə iyunun 7-dən və 10-dək keçirilir. Abituriyentlər ümumrespublika imtahanında 3 əsas fəndən – Çin dili, riyaziyyat və xarici dildən başqa, seçdikləri ixtisasa uyğun olaraq ideologiya və siyasət, tarix, coğrafiya, fizika, kimya və biologiya fənlərinin üçündən də imtahan verməlidirlər. İmtahanın təşkili üçün ölkə üzrə yüzlərlə məkan ayrılıb, milyondan çox nəzarətçi imtahanlara cəlb olunub.

Qeyd edək ki, “qaokao” dünyada ən kütləvi imtahan hesab olunur. Çində ümumrespublika vahid qəbul imtahanının tətbiqinə 1952-ci ildə başlanılsa da, təlatümlü “mədəni inqilab” dövründə dayandırılıb. Bu da öz növbəsində ölkədə təhsilin səviyyəsinin aşağı düşməsinə və kadr çatışmazlığına səbəb olub. Çin lideri Den Siaopin 1977-ci ildə “qaokao” sistemini bərpa edib. Bu sistem Çində islahatların aparılması üçün tələb olunan kadr təminatını ödəyib. O vaxtdan bəri ümumilikdə 175 milyon nəfər “qaokao”da iştirak edib.

Çində abituriyent sayının çox olması ali məktəblərə qəbul prosesində böyük müsabiqə yaradır. Elə bu səbəbdən “qaokao” abituriyentlərlə yanaşı, onların ailə üzvləri, müəllimləri üçün də sanki bir sınaqdır. (AZƏRTAC)

Post navigation

Previous: Zimbabve prezidenti ölkəsinin BRİKS-ə üzv olmaq istədiyini bildirib
Next: Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının gecə təlimi

Oxşar xəbərlər

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42

xƏBƏR

usaq gezmek
  • Maraqlı

Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı

User 29 Oktyabr 2026 - 18:40
7–10 yaşlı uşaqlara gündə ən azı 2–3 saat, yeniyetmələrə isə ən azı 1,5 saat gəzintidə olmaq tövsiyə...
Read more about Uşaqlar gündə neçə saat gəzməlidir? – Nevroloq yaşa görə normanı açıqladı
İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi israil
  • Dünya

İsraildə səslərin 97,3 faizi sayılıb – Partiyaların mandat bölgüsü dəyişdi

User 29 Oktyabr 2026 - 17:41
İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan abs iran danisiq
  • Dünya

İran ABŞ -la müharibəni dayandırmaq təklifini rədd edir? – Qətərdən yeni plan

User 29 Oktyabr 2026 - 17:35
Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.